Nazir mədəniyyət naminə sülh üçün şərtləri açıqladı

Siyasət

“Biz indi sülh və mədəniyyətin bir-biri ilə necə əlaqəli olması üzərində düşünməliyik”. 

Oxu.Az xəbər verir ki, bunu “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda mədəniyyət naziri Anar Kərimov deyib. 

Onun sözlərinə görə, Azərbaycana dayanıqlı sülh lazımdır. 

“Biz düşünməliyik ki, sülh üçün nələr lazımdır? Biz mədəniyyət naminə sülhün təmini üçün edilən təşəbbüsləri təşviq etməliyik”, – deyə Anar Kərimov əlavə edib. 

Onun sözlərinə əsasən, postmünaqişə dövründə mədəniyyətlə sülhün harmoniyası aktuallıq qazanır. 

Anar Kərimov bildirib ki, mədəniyyət üçün sülh humanitar missiyaların tərkib hissəsidir. 

“Postmüharibə dövründə regionda kommunikasiyaların açılması gündəmə gəlib. Azərbaycanla Ermənistanın sərhədlərinin delimitasiya və demarkasiyası üçün danışıqlar aparılır. Mədəniyyət uğrunda sülh isə humanitar missiyalara daxildir”, – deyə Anar Kərimov söyləyib. 

Nazir təklif edib ki, mədəniyyət naminə sülh üçün tədqiqat işləri və filmlərin çəkilməsi təşviq edilməlidir. 

“Mədəniyyət sülhün bərqərar olması üçün vacib komponentdir”, – deyə nazir bildirib.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir