Azərbaycanda ISESCO-nun regional ofisi fəaliyyətə başlayacaq.
Oxu.Az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, regional ofisin gələcəkdə Şuşada fəaliyyət göstərməsi gözlənilir.
“Ancaq bilirik ki, Şuşada hazırda yenidənqurma işləri həyata keçirilir. Buna görə də ISESCO-nun regional ofisi açılacağı təqdirdə müvəqqəti olaraq Bakıda öz işini görəcək”, – deyə nazir əlavə edib.
Aqşin Kərimov