“Biz görürük ki, İranın daxilində çox problemlər yaşanır. İranda su qıtlığı var, buna görə etirazlar da başladı”.
Oxu.Az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, əgər İran İsraillə münasibətlərə malik olsaydı, indi İsrailin su texnologiyası ilə bağlı təcrübəsindən yararlanıb problemlərini həll edərdi.
“Ancaq biz nəyi görürük? İran rejimi xalqının boğazına “ilgək” keçirir”, – deyə səfir əlavə edib.
Aqşin Kərimov