“Biz Ermənistana sülh danışıqları ilə bağlı təklif vermişik”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib.
“Biz gələcəyə baxmalıyıq”, – nazir müavini vurğulayıb.
O, qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycanın birinci yerdə olduğunu xatırladıb.
E. Məmmədov Azərbaycanda digər dinlərin nümayəndələrinə qarşı yaxşı münasibətin olduğunu da diqqətə çatdırıb.