Əziz Sancar Şuşada namaz qılmağından DANIŞDI

Siyasət

“Mənim üçün Qarabağ münaqişəsi, Qarabağ zəfəri Türkiyənin qurtuluş savaşından sonra Türk dünyasının ən böyük zəfəridir”. 

Oxu.Az-ın məlumatına görə, bunu türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Sancar keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu qələbə tək Azərbaycanın deyil, Türk dünyasının qələbəsidir: 

“Qarabağ müharibəsini 44 gün müddətində yaxından izləmişəm. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Hesab edirəm ki, tarixi səbəbi ilə bütün Türk dünyasının mədəniyyət paytaxtı olacaq”. 

“Mən söz vermişdim ki, Şuşaya gedib namaz qılacam. Çox şükür ki, bu arzumu yerinə yetirə bildim”, – deyə o qeyd edib.

İlhamə Əbülfət

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir