Azərbaycan corğafi məhdudiyyətləri imkanlara çevirir – Əli Əsədov

Siyasət

Bakı. Trend:

Dənizə çıxışı olmayan ölkənin statusuna baxmayaraq, Azərbaycanın
nəqliyyat siyasəti və yeni müasir infrastrukturu coğrafi
məhdudiyyətləri imkanlara çevirib.

Trend xəbər verir
ki, bunu bu gün Türkmənistanın Avaza şəhərində keçirilən, BMT-nin
dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin üçüncü
Konfransı (LLDC3) çərçivəsində baş tutan plenar iclasda
Azərbaycanın Baş naziri Əli Əsədov deyib.

O qeyd edib ki, bu rolu təmin etmiş əsas nailiyyətlər arasında o
50-dən çox gəmidən ibarət olan Xəzər dənizinin ən iri ticarət
donanmasını, həmçinin hal-hazırda 10 gəminin tikilməkdə olduğu
gəmiqayırma zavodunu misal göstərib.

“Yaxın illərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının
ötürücülük qabiliyyəti 25 milyon tona çatdırılacaq. Bu
infrastruktur bazasını Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi, doqquz
beynəlxalq hava limanı və regionun ən böyük yükdaşıma aviaşirkəti
tamamlayır ki, bütün bunlar birlikdə Azərbaycanı əsas beynəlxalq
nəqliyyat qovşaqlarından birinə çevirir”, – Baş nazir əlavə
edib.

Spread the love