İlham Əliyev və Mehriban Əliyevanın iki gün əvvəl səfər etdiyi qəsəbədən FOTOREPORTAJ

Siyasət

Qubanın Qonaqkənd qəsəbəsinin sakinləri son illərdə qəsəbədə yaradılan şəraitdən razıdırlar. 

Sakinlər Oxu.Az-a bildiriblər ki, son ilyarıma qədər Qonaqkəndə yol pis vəziyyətdə olub.

Onlar indi Prezident İlham Əliyevə qəsəbədə yaradılan şəraitə görə təşəkkür ediblər.

Qeyd edək ki, dekabrın 6-da Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olublar.

Bildirək ki, 2020-ci ildən etibarən Qonaqkənd qəsəbəsində kompleks abadlıq və quruculuq işləri həyata keçirilib. Qəsəbədə ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafında yeni park salınıb.

Həmçinin qəsəbədə Mədəniyyət Evinin istifadəyə yararsız, qəzalı vəziyyətdə olan binası sökülərək əvəzində yenisi tikilib.

Qəsəbənin 85 yaşlı sakini Vahid Quliyev Oxu.Az-a bildirib ki, Prezident ilk dəfədir Qonaqkəndə səfər edir. 

Onun sözlərinə əsasən, dövlət başçısının siyasətini dəstəkləyir. 

Vahid Quliyev yaradılan şəraitə görə, dövlət rəhbərliyinə təşəkkür edib.

Aqşin Kərimov

FOTO: Tapdıq Abdullayev

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir