Son illərdə qeydiyyata alınmış siyasi partiyaların sayı AÇIQLANDI

Siyasət

“Azərbaycanda bu gün 58 siyasi partiya var ki, onlardan 7-si 2020, 2-si isə bu il qeydiyyata alınıb”.

Oxu.Az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi Aslan Hacıyev bildirib. 

Onun sözlərinə görə, ölkədə 3 359 ictimai birlik, 211 fond, 73 həmkarlar ittifaqı, 224 mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri var.

Şöbə rəisi onu da əlavə edib ki, son beş ildə vətəndaş cəmiyyətlərinə 10 minə yaxın layihə üzrə 900 milyon manatdan çox məbləğ ayrılıb.

Könül Cəfərli

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir