Ermənistan baş nazirinin müavini: İrəvan Bakı ilə Arazdəyən – Horadiz dəmir yolunun açılmasını müzakirə edir

Siyasət

İrəvan və Bakı Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu çərçivəsində Arazdəyən – Horadiz dəmir yolunun açılması imkanlarını müzakirə edir.

Bunu Ermənistan parlamentində hökumət saatında çıxış edən baş nazirin müavini Mher Qriqoryan bildirib.

“Dəmir yolu ilə bağlı qarşılıqlı anlayış mövcuddur. Danışıqlarımız Arazdəyən – Horadiz xəttinə aiddir. Bu hissə ona görə vacibdir ki, İranla və Gürcüstanla əlaqə yaratmağa imkan verir. Beləliklə, bu dəmir yolu xətti regional əhəmiyyətə malikdir”, – deyə o bəyan edib.

Qeyd edək ki, Ermənistan, Azərbaycan və Rusiya Federasiyası baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupunun sonuncu görüşü dekabrın 1-də Moskvada keçirilib.

Mənbə: TASS

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir