Biz Azərbaycan və Ermənistan liderləri arasında müntəzəm təmasların davam etdirilməsini vacib hesab edirik.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
O qeyd edib ki, Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlmiş istənilən səyləri alqışlayır.
“Biz iki dövlət liderlərinin dekabrın 15-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşündən sonra üçtərəfli razılaşmaların həyata keçirilməsinə sadiqliyin bir daha təsdiq ediləcəyini gözləyirik”, – deyə Rusiya XİN-in sözçüsü bildirib.