“Rusiya həm Bakı, həm də İrəvanla daimi təmasdadır. Biz ardıcıl olaraq üçtərəfli razılaşmaların, o cümlədən sərhəd mübahisələrinin həlli, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasına dair məsələlərin icrası üzərində işləyirik”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib. Tədbir nazirliyin “Twitter” səhifəsindən canlı olaraq yayımlanıb.
Zaxarova vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində işin aparılması vacibdir və Rusiya bu məsələ üzrə iki ölkənin milli nümayəndə heyətlərinin tezliklə formalaşmasını gözləyir.
O qeyd edib ki, üçtərəfli işçi qrupu çərçivəsində tərəflər regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün səylərini davam etdirirlər.
Mənbə: TASS