İsrailin Azərbaycandakı səfiri Corc Dik Şuşanın Daşaltı kəndində mina partlayışı nəticəsində iki mülki şəxsin həlak olması ilə bağlı paylaşım edib.
O, Azərbaycan xalqına və həlak olanların ailələrinə başsağlığı verib.
“Azərbaycan xalqına və xüsusilə də bu gün mina partlayışında həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”, – diplomat özünün “Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, bu gün Şuşa rayonu ərazisində iki nəfər mülki şəxs – “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Qəndiyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşərək həlak olublar.