Moskvada“3+3” platformasının ilk iclası keçirilib

Siyasət

Moskvada Rusiya, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun iştirakı ilə “3+3” regional məşvərətçi platformasının ilk iclası keçirilib.

Bu barədə Rusiya XİN-dən məlumat verilib.

“Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Platformanın işini onun bütün iştirakçıları üçün maraqlı olan praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Beş ölkənin nümayəndələri Gürcüstanın platformanın işinə qoşulmasında maraqlı olduqlarını bildiriblər”, – deyə məlumatda qeyd olunub.

İclas iştirakçıları həmçinin aidiyyəti nazirlik və idarələrin müzakirələrə cəlb olunması ilə bağlı gələcək planları müzakirə ediblər.

Mənbə: “RİA Novosti”

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir