Cahit Bağcı: “Bir millət, iki dövlət” anlayışı Türkiyə – Azərbaycan münasibətlərinin mayasıdır”

Siyasət

“Bu gün Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan xalqının qurucusu Heydər Əliyevin anım günüdür. İlk növbədə Heydər Əliyevi rəhmətlə anırıq”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev müasir Azərbaycanın quruluşu, azadlığı uğrunda ən önəmli addımları atan, eyni zamanda Türkiyə – Azərbaycan münasibətlərinin köklü tarixində önəmli liderdir:

“Bugünkü Türkiyə – Azərbaycan münasibətlərinin təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur. “Bir millət, iki dövlət” anlayışının memarı Heydər Əliyevdir. Bu anlayış Türkiyə – Azərbaycan münasibətlərinin mayasıdır. Ümummilli liderin övladlarına yeganə vəsiyyəti Qarabağın azad edilməsi idi. Bu gün Qarabağ azaddır. Bu gün Heydər Əliyev məzarında rahat yatır”.

İlhamə Əbülfət

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir