Hərbi qulluqçularımız Gürcüstanda təlimdə iştirak edirlər

Siyasət

Bakı. Trend:

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda
keçirilən “Agile Spirit – 2025” təlimində müşahidəçi qismində
iştirak edir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ilkin mərhələsi Gürcüstanın Vaziani və Norio
Təlim mərkəzlərində kompüter dəstəkli komanda-qərargah təlimi kimi
keçirilən “Agile Spirit – 2025”in hava desant birliklərinə aid
komponenti isə qardaş ölkə Türkiyə Respublikasında icra olunub.

Təlimin məqsədi Qara Dəniz regionunda sülh və sabitliyə töhfənin
verilməsi, eləcə də, ABŞ, NATO-ya üzv və tərəfdaş ölkələrin döyüş
hazırlığının, qarşılıqlı uzlaşma və əməliyyat qabiliyyətlərinin
artırılmasıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir