Moldova Nazirlər Kabinetində çalışmış azərbaycanlı: “Heydər Əliyevlə ikilikdə görüşüb söhbət etdik”

Siyasət

“Mən bir alim, bir Azərbaycan vətəndaşı kimi qürur hissi keçirirəm ki, işıqlı düha sahibi, bənzərsiz insan, türk dünyasının sevimlisi, iftixarı Heydər Əliyevlə şəxsi görüşüm olub”.

Bunu ötən əsrin 90-cı illərində Moldova Respublikası Nazirlər Kabineti yanında Milli münasibətlər Departamentində şöbə müdiri vəzifəsində çalışmış “Azərişıq”ASC sədrinin müşaviri Tanrıverdi Mustafayev ümumilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən deyib.

T.Mustafayev ulu öndərlə ikilikdə görüşünün detallarını da açıqlayır:

“1997-ci ilin noyabrında mən Moldovada çalışarkən bu ölkənin Prezidenti Petru Lucinschi ilə birlikdə nümayəndə heyətinin tərkibində Azərbaycana gəlmişdim. Cənab Petru Lucinschiyə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilməsi ilə bağlı keçirilən mərasimdə Heydər Əliyevlə ikilikdə görüşüb söhbət etdik. Ulu Öndər qürbətdə yaşayan bir azərbaycanlı kimi məni çox mehribanlıqla qarşıladı, gələcək fəaliyyətimdə, xüsusilə milli diasporumuzun təşəkkül tapması sahəsində mənə öz tövsiyələrini verdi. Bu tarixi görüş mənim ömür yolumu işıqlandırdı, bundan sonra Vətənə, xalqa, doğma Azərbaycana daha sıx tellərlə bağlandım.
Heydər Əliyev qətiyyət və böyük şəxsiyyət deməkdir. O, Azərbaycan xalqını syasi, iqtisadi, mədəni və mənəvi cəhətdən daha yüksəkliyə qaldırdı.

Ümummilli Lider Heydər Əliyevin yaratdığı idarəçilik məktəbi dövlətimizin davamlı inkişafının qarantıdır və onun gələcək yüksəlişinin işıqlı olacağına heç bir şübhə yeri qoymur. Azərbaycan işıqlı ölkəyə çevrilib. Ulu Öndər Heydər Əliyevin idarəçilik məktəbinin ən layiqli yetişdirməsi olan möhtərəm Prezident İlham Əliyevin Azərbaycanda bərqərar olan siyasi, iqtisadi və sosial inkişaf siyasətini  uğurla davam etdirməsi hamımızda böyük nikbinlik, gələcəyimizin daha da möhtəşəm olacağına daxili inam hissi yaratmışdır. Azərbaycanın bütün sahələr üzrə beynəlxalq aləmə inteqrasiyası ölkəmizin xoş gələcəyindən, Cənubi Qafqazda liderliyini qoruyub saxlayacağından xəbər verir.

Bu gün tam əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin qurduğu dünyəvi və demokratik Azərbaycan dövləti öz tarixinin coşqun yüksəlişi ilə müşayiət olan şərəfli bir dövrünü yaşayır. Bugünkü müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir.

Böyük iftixar hissi ilə qeyd etməliyik ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndərimizin dövləti idarəetmə ənənələri uğurla davam etdirilir. Bu siyasətə sədaqətlilik Azərbaycan xalqının parlaq gələcəyinə inamı daha da artırır”.

“Azərişıq” rəsmisi həmçinin ümumilli liderin Azərbaycan energetikasına verdiyi töhfədən də danışıb:

“Ümummilli Lider Heydər Əliyev istər 70-80-ci illərdə,istərsə də müstəqillik illərində ölkənin energetika sahəsinə xüsusi qayğı və diqqət göstərmişdir. Bu gün paytaxtımızda və eləcə də regionlarımızda energetika sektorunda müsbət dəyişikliklər baş verir. 1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan artıq onun ixracatçısına çevrilib”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir