Biz hamımız ulu öndərimiz Heydər Əliyevin xatirəsini böyük qürur və ehtiramla anırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.
Prezidentin köməkçisi bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki roluna qiymət vermək çox çətindir. Ulu Öndər olmasaydı, bugünkü müasir Azərbaycan da olmayacaqdı.
“Mən bu gün Fəxri xiyabana böyük qurur hissi ilə gəldim. Çünki Qarabağ azaddır və əminəm ki, Ulu Öndərin də ruhu şaddır”, – deyə Ş.Mövsümov vurğulayıb.