“Məntəqə Seçki Komissiyalarının formalaşdırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Sədr bildirib ki, əksər seçki dairələrində bu işlər yekunlaşıb: “Mənə verilən məlumata görə, az sayda dairələrdə bu proses də yaxın vaxtlarda iclas keçirilərək başa çatdırılacaq. Bununla da Məntəqə Seçki Komissiyaları tam formalaşmış olacaq”.
İlhamə Əbülfət