“Bir neçə gün bundan əvvəl Moskvada beş ölkənin – Azərbaycan, Rusiya, Türkiyə, İran və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilib. Azərbaycan və Türkiyə prezidentləri 3+3 formatının təşəbüskarı olublar”.
Oxu.Az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, bu təşəbbüslə bağlı danışıqlar gedib:
“Ermənistanın da bu regional təşəbbüsə qatılmaqda tərəddüdləri var idi. Təzadlı, bir-birini istisna edən bəyanatlar verirdilər. Onlar da bu formata qatıldılar. İlk görüş üçün danışıqların nəticələrini müsbət qiymətləndirmək olar. Bütün tərəflər regionda sülh və əminamanlığın bərba edilməsi, o cümlədən, nəqliyyat layihələrinin reallaşmasını müzakirə edib”.
O qeyd edib ki, növbəti belə görüşlərin rotasiya əsasında digər paytaxtlarda keçirilməsi ilə bağlı qərar qəbul edilib:
“Xarici işlər nazirləri bu istiqamətdə koordinasiya rolunu həyata keçirəcəklər. Gələcəkdə daha yüksək səviyyəli görüşlərin keçirilməsi istisna edilmir”.
İlhamə Əbülfət