Əliyev, Paşinyan və Tramp hansı sənədləri imzalayacaq? — Vaşinqtondakı jurnalistdən detallar

Siyasət

Vaşinqtonda yaşayan jurnalist Aleks Raufoğlu, ABŞ hökumətindəki mənbələrə istinadən, X sosial platformasında tərəflər arasında hazırlanan sənədlərin siyahısını paylaşıb. Ölkə.Az xəbər verir ki, imzalanması gözlənilən sənədlər bunlardır:

– Birgə Bəyanatın imzalanması;
– Sülh sazişinin paraflanması (yəni ilkin təsdiqi);

– ATƏT-in Minsk qrupundan çıxışla bağlı birgə məktubun imzalanması;
– ABŞ-Ermənistan və ABŞ-Azərbaycan arasında ikitərəfli memorandumların qəbul edilməsi.