Türkiyə prezidentinin köməkçisi Fuad Oktay Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümündə onun xatirəsini yad edib.
Prezident köməkçisi sosial şəbəkə hesabında müvafiq müraciət yayıb.
“Azərbaycanın Ümummilli Lideri, mərhum Heydər Əliyevi vəfatının 18-ci ildönümündə rəhmətlə yad edirəm. Ruhu şad olsun. Can Azərbaycanla iki dövlət, bir millət olaraq qardaşlığımızı həmişəlik qoruyub saxlayacağıq”, – deyə Oktay qeyd edib.