DGK sədrindən nəqliyyat vasitələrinin idxalına dair rüsumların artırılması ilə bağlı AÇIQLAMA – VİDEO

Siyasət

“Nəqliyyat vasitələrinin idxalına dair rüsumlarda hər hansı artım nəzərdə tutulmayıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün nəqliyyat vasitələrinin idxalına dair tətbiq olunan vergi və rüsumlar bir neçə il bundan öncə qəbul olunan qərarlara əsasən icra edilir:

“Son dövrlərdə hansısa bir artım nəzərdə tutulmayıb. Hətta gələn il hibrid və elektrikli nəqliyyat vasitələrinin ƏDV-dən azad olunması ilə bağlı müvafiq tədbirlər görülür. Yaxın günlərdə qərar imzalandıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”.

“Bu tədbirlər ona görə aparılır ki, avtomobil parkımız yenilənsin və uzun müddət istismarda olan avtomobillərin gətirilməsinin qarşısı alınsın”, – deyə S.Mehdiyev qeyd edib.

İlhamə Əbülfət

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir