“İran – Azərbaycan sərhədində yeni gömrük məntəqsinin açılması ilə bağlı layihəmiz yoxdur”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə müzakirələr getmir:
“İranla bizim kifayət qədər sərhəd məntəqəmiz var. Həm idxal-ixrac əməliyyatlarının tənzimlənməsi, həm də sərnişinlərin gediş-gəlişi üçün.
Belə bir məsələ olarsa, hökumət səviyyəsində müzakirə aparılar. Biz sadəcə icraedici orqanıq. Post təyinetmə hüququmuz və səlahiyyətimiz yoxdur”.
İlhamə Əbülfət