
Bakı. Trend:
ABŞ prezidenti dəfələrlə Azərbaycan və Ermənistan arasında yaxın
zamanda razılığın əldə olunacağına ümid etdiyini bildirib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat
katibinin müavini Tommi Piqott cümə axşamı keçirilən brifinqdə
danışıb.
“Deyə bilərəm ki, həm prezident, həm də dövlət katibi dəfələrlə
ümumilikdə razılaşmanın tezliklə əldə olunacağına ümid etdiklərini
bildiriblər. Hər ikisi bunu bir dəfədən artıq vurğulayıb”, – Piqott
deyib.
Onun sözlərinə görə, dövlət katibi bu mövzunu mütəmadi olaraq,
zəruri hallarda gündəmə gətirir.
“Elan ediləcək konkret bir məqam olduqda, bu barədə məlumat
verəcəyik. Amma indi təxminlərə və detallara varmaq niyyətində
deyiləm”, – o əlavə edib.