Avropa Şurasının sədri Brüsseldə İlham Əliyevlə görüşəcək

Siyasət

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel dekabrın 14-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirəcək.

Bu barədə dekabrın 15-də Avropanın paytaxtında keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində Aİ-nin yüksək səviyyəli nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.

Avropa Şurasının sədri sabah ilk olaraq Azərbaycanın Prezidenti İlham Əliyevlə, daha sonra Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək.

Sabah axşam isə üçtərəfli görüş keçirəcək.

Mənbə: TASS

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir