Azərbaycanın qədim torpağı olan Zəngəzur ətrafında müzakirələr getdikcə artır. Buna səbəb 44 günlük müharibədən sonra yaranmış reallıqlar fonunda qalib Azərbaycanın təşəbbüsü ilə hazırda Ermənistanın nəzarətində olan qərbi Zəngəzur ərazisindən Zəngəzur dəhlizinin çəkilmə perspektivləridir.
Paşinyan hakimiyyəti bu əraziləri tarixən ermənilərə məxsus olduğunu bəyan edərək dəhlizin açılışı hesabında Ermənistanın öz ərazilərinin bir hissəsi üzərində nəzarəti itirəcəyi haqqında dezinformasiyalar yayır.
Ümummilli lider Heydər Əliyev öz çıxışlarının birində deyirdi ki XX əsrin 20-ci illərində sovet hakimiyyəti təzə qurulan zaman Azərbaycana qarşı ədalətsizlik edildi. Şərqi Zəngəzur mahalı, Zəngəzurun Araz çayı sahilindəki Meqri rayonu da Ermənistana verildi.
Daha ətraflı süjetdə: