
Bakı. Trend:
Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş
naziri Nikol Paşinyanı sabah Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul
etməyi səbirsizliklə gözləyirəm.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth”
sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bu iki xalq uzun illərdir ki, müharibə aparır və bu, minlərlə
insanın ölümü ilə nəticələnib. Bir çox liderlər indiyədək
müharibəni bitirməyə çalışdılar, lakin uğur əldə edə bilmədilər.
Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə işləyir”,
– deyə Tramp qeyd edib.
O, sabah Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla
birlikdə Ağ evdə sülhə dair sənədin imzalanma mərasimi olacağını
vurğulayıb. Tramp bildirib ki, Birləşmiş Ştatlar, həmçinin Cənubi
Qafqaz regionunun potensialını tam şəkildə açmaq və iqtisadi
imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli
sazişlər imzalayacaq. “Mən böyük Azərbaycan və Ermənistan xalqları
üçün düzgün iş gördüklərinə görə bu cəsarətli liderlərlə çox fəxr
edirəm. Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün
olacaq”, – deyə o vurğulayıb.