İlham Əliyev Şarl Mişellə Ermənistan – Azərbaycan sərhədinin delimitasiyası məsələsini müzakirə edib

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında Brüsseldə keçirilən görüş zamanı Ermənistan – Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə həmçinin kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş müzakirələr aparılıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir