Brüssel görüşünün vacib məqamları “Caliber”də – VİDEO

Siyasət

Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü olub.

“Caliber”in növbəti təhlili məhz müddət baxımından Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə bütün keçmiş görüşlərini geridə qoyaraq beş saata yaxın davam edən görüşə həsr olunub.

Görüşdən sonra Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair bəyanatla çıxış edib.

“Bəyanat Avropa diplomatiyasının ən yaxşı ənənələrinə uyğun kifayət qədər əhatəli, təmkinli, maksimum korrekt tərtib edilib.

Amma necə deyərlər, şeytan detallarda gizlənir ki, onu da oxucularımızın diqqətinə çatdırmaq istəyirik.

Məsələn, əsas detal ondan ibarətdir ki, Avropa Şurası rəhbərinin bəyanatında ATƏT-in Minsk qrupunun adı çəkilməyib.

Biz artıq dəfələrlə demişik və yazmışıq ki, bu format tarixin zibilliyinə göndərilib və Şarl Mişel yuxarıda qeyd olunan təşkilatın adını bircə dəfə də olsa çəkməməklə bunu təsdiqlədi”, – deyə videoda qeyd olunub.

Ətraflı “Caliber”in təhlilində:

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir