
Bakı. Trend:
Biz Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış
sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsipləri
əsasında sülh yolu ilə həllini tam dəstəkləyirik.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial
şəbəkə hesabındakı paylaşımında bildirilib.
“Azərbaycan Gürcüstanla sıx tərəfdaşlıq və qonşuluq
münasibətlərinə böyük əhəmiyyət verməkdə davam edir”, – deyə
məlumatda qeyd edilib.
Xatırladaq ki, bu gün Rusiya və Gürcüstan arasında 2008-ci ildə
baş verən müharibədən 17-ci il il ötür.