
Bakı. Trend:
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ağ Evdə görüşlər
keçirəcək.
Trend-in
məlumatına görə, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald
Trampla görüşü yerli vaxtla saat 15:20-də (Bakı vaxtı ilə 23:20)
baş tutacaq.
Yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 00:00) isə Donald
Trampın iştirakı ilə Prezident İlham Əliyev və Ermənistanın Baş
naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
ABŞ Prezidenti ötən gün “Truth” sosial şəbəkəsində paylaşım
edərək bu görüşü Sülh Sammiti adlandırıb və səbirsizliklə
gözlədiyini bildirib. O, həmçinin, bu günü Azərbaycan, Ermənistan,
ABŞ və ümumilikdə dünya üçün tarixi bir gün kimi
qiymətləndirib.
Prezidenti İlham Əliyevin görüşlərini aşağıdakı linklərdən canlı
izləmək mümkün olacaq: