Prezident İlham Əliyev: “Tramp Rifah və Sülh Marşrutu” əlaqələr baxımından divarları yox edəcək

Siyasət

Bakı. Trend:

Həqiqətən də “Tramp Rifah və Sülh Marşrutu” əlaqələr baxımından
bu divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr
üçün həm investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük
imkanlar açacaq.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev
Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri
Nikol Paşinyan ilə mətbuata birgə bəyanatında deyib.