
Bakı. Trend:
Hesab edirəm ki, artıq ABŞ ilə strateji əməkdaşlıq formatına
başlamağımız tarixi hadisədir.
Trend xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham
Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.
Səfərin nəticələrindən çox məmnun qaldığını vurğulayan
dövlətimizin başçısı əlavə edib: “Əminəm ki, bu səfərin konkret
nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək”.

