Prezident İlham Əliyev: Ermənistan konstitusiyası dəyişiləndə Azərbaycana ərazi iddiasının oradan çıxarılacağına şübhə etmirəm

Siyasət

Bakı. Trend:

Şübhə etmirəm ki, Ermənistan konstitusiyası dəyişiləndə, –
Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər
edilməlidir, – Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq.
Əks təqdirdə, bu, birinci növbədə, Amerika Birləşmiş Ştatlarına
hörmətsizlik olacaq.

Trend xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham
Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.

“Çünki hər kəs bilir və bizim mövqeyimiz demək olar ki, bütün
aparıcı beynəlxalq aktorlar tərəfindən, o cümlədən Amerika
Birləşmiş Ştatlarından anlayışla qarşılanır. Çünki sülh sazişi
imzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olan
əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə mənim bu
məsələ ilə bağlı şübhəm yoxdur”, – deyə Prezident İlham Əliyev
vurğulayıb.

Spread the love