Prezident İlham Əliyev: Azərbaycan daha güclü mövqelərə malik tranzit ölkəyə çevrilməyə çalışır

Siyasət

Bakı. Trend:

Azərbaycan daha güclü mövqelərə malik tranzit ölkəyə çevrilməyə
çalışır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham
Əliyev Vaşinqtonda jurnalistlərə müsahibəsində bildirib.

“Biz istəyirik ki, ərazimizdən keçən dəhlizlər yükdaşımalarda
daha fəal iştirak etsin. Bu, pul gətirir, iş yerləri yaradır,
siyasi təsir yaradır”, – deyə dövlətimizin başçısı vurğulayıb.