
Bakı. Trend:
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan
Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində
keçirilmiş görüşünə dair sosial şəbəkə hesablarında paylaşım
edib.
Trend paylaşımı
təqdim edir:
“Bu gün Vaşinqtonda Azərbaycan Prezidenti, Amerika Birləşmiş
Ştatlarının Prezidenti və Ermənistanın Baş naziri tərəfindən Birgə
Bəyannamə imzalandı və sülh sazişi paraflanmaqla yekun sülh sazişi
istiqamətində mühüm addım atıldı.
Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm!
Qoy, hər zaman sülh olsun! Torpaqlarımızın işğaldan azad
olunması uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğullarımıza
Allah rəhmət eləsin! Uca Tanrı hər zaman doğma Azərbaycanımızı
qorusun!”.