Səudiyyə XİN Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayıb

Siyasət

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi (XİN)
ABŞ-ın iştirakı ilə Ermənistan Respublikası və Azərbaycan
Respublikası arasında əldə edilmiş sülh razılaşmasını
alqışlayır.

Trend-in
məlumatına görə, bu, Səudiyyə Ərəbistanı XİN-nin yaydığı bəyanatda
bildirilib.

Bəyanatda, iki dövlətin xalqlarının və Qafqaz regionunun
mənafeyinə xidmət edəcək bu razılaşmanın Ermənistan və Azərbaycan
arasında anlaşmanın, əməkdaşlığın, təhlükəsizlik və sabitliyin yeni
mərhələsinin başlanğıcını təşkil edəcəyinə inam ifadə edilib.