Tokayev Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşmasına dair bəyannaməni tarixi nailiyyət hesab edir

Siyasət

Bakı. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda
Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması üzrə
bəyannamə uzunmüddətli hərbi münaqişəyə son qoymuş tarixi
əhəmiyyətli nailiyyət kimi qiymətləndirir.

Trend xəbər verir
ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan
Jeldıbay “Telegram” kanalında yazıb.

“Prezident Kasım-Jomart Tokayev hesab edir ki, Vaşinqtonda
Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması
tarixi əhəmiyyətə malik nailiyyətdir. Sənəd iki dövlət arasında
uzunmüddətli hərbi münaqişəyə son qoyaraq möhkəm sülh əsasında
diplomatik münasibətlərin qurulmasına və əməkdaşlığın inkişafına
yol açıb”, – Jeldıbay qeyd edib .