
Bakı. Trend:
Estonianın xarici işlər naziri Marqus Saxkna Azərbaycan və
Ermənistanın davanıqlı sülhə doğru aparan yoldakı səylərini yüksək
qiymətləndirib.
Trend xəbər verir
ki, bunu o, öz “X” sosial şəbəkə hesabında yazıb.
“Mən hər iki tərəfin, ABŞ rəhbərliyinin və tərəfdaşların, o
cümlədən Aİ-nin qətiyyətini, onların ardıcıl səylərini yüksək
qiymətləndirirəm. İndi bütün razılaşdırılmış ölçüləri tam və
vaxtlı-vaxtında gerçəkləşdirmək və bununla da regionda dayanıqlı
sülhə yol açmaq son dərəcə vacibdir”, – XİN rəhbəri bildirib.
O, Vaşinqtondakı görüşü Ermənistan və Azərbaycanın sülhə doğru
atdıqları tarixi bir addım kimi dəyərləndirib.