Cənubi Qafqazda yeni sülh və əməkdaşlıq erası başlayacaq – Qazaxıstan səfiri

Siyasət

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında əldə olunan tarixi
razılaşmalar münasibətilə təbrik edirəm. Əminəm ki, Cənubi Qafqazda
sülh və əməkdaşlığın yeni bir dövrü başlayır.

Trend xəbər verir ki, bu
barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayelin müraciətində
deyilir.

Səfirin sözlərinə görə, yolların açılması, nəqliyyat və
logistika, kommunikasiya, ticarət, energeti ka sahələrində
əməkdaşlıq təkcə Cənubi Qafqaz üçün deyil, həm də Mərkəzi Asiyanın
sabitliyi və rifahına böyük töhfə verəcək.

“Biz şadıq ki, Prezident Tokayevin təşəbbüsü ilə Qazaxıstanın da
sülh prosesində iştirak etməsi bizim üçün qürur mənbəyidir. Biz
həmişə tarixi ədaləti və qarşılıqlı hörməti dəstəkləyirik”, – Bayel
əlavə edib.