Prezident İlham Əliyev 24 dekabr 2011-ci ildə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsinə səfəri zamanı 50 yaşını laçınlı ailələrlə birgə qeyd etmişdi. Həmin vaxt Prezident İlham Əliyevin qarşısında çıxış edən Laçın sakini Əmirxan Zeynalov o tarixi görüşün xoş təəssüratlarını Baku TV ilə bölüşüb.
Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yaşayan 85 yaşlı Əmirxan Zeynalov 24 dekabr 2011-ci il tarixinin laçınlılar üçün unudulmaz olduğunu deyir.
Əmirxan Zeynalov şəkillərə baxdıqca, sanki həmin o tarixi günü yenidən yaşayır. Deyir ki, prezident həmin gün 552 evin, 360 yerlik məktəbin, klub icma mərkəzinin açılışında iştirakından sonra bizimlə görüşündə verdiyi sözlə bizdə böyük ümid yaratdı və 10 il sonra şanlı qələbəmizin sevincini birgə yaşadıq.
85 yaşlı Laçın sakini prezidentlə olan görüşünü öz adını daşıyan nəvəsinə də danışıb. Gələcəkdə hərbçi olmaq istəyən balaca Əmirxan isə tezliklə doğma kəndlərini görməyi arzulayır.
Ətraflı süjeti təqdim edirik: