İlham Əliyev MDB liderlərinin qeyri-formal görüşündə iştirak edəcək

Siyasət

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dekabrın 28-də Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının ənənəvi qeyri-formal görüşü keçiriləcək.

Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iştirak edəcək.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir