Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton danışıqlarını müsbət qiymətləndirib

Siyasət

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya
Zaxarova bəyan edib ki, Rusiya Federasiyası Cənubi Qafqazda
sabitlik və tərəqqi zonasının yaradılmasında maraqlıdır, eyni
zamanda, ən mühüm şərtlərdən biri Azərbaycan ilə Ermənistan
arasında münasibətlərin hər iki ölkə xalqlarının maraqlarına uyğun
hərtərəfli normallaşmasıdır.

Trend xəbər verir ki, onun
sözlərinə görə, Rusiya regional təhlükəsizlik naminə bu əsas
məqsədə nail olmaq üçün bütün səyləri ardıcıl olaraq dəstəkləyir.
Bu baxımdan Amerika tərəfinin vasitəçiliyi ilə Azərbaycan və
Ermənistan liderlərinin Vaşinqtonda keçirilən görüşü müsbət qiymətə
layiqdir.

RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki,
Rusiya tərəfi Vaşinqtonun regional kommunikasiyaların açılması ilə
bağlı bəyanatlarını əlavə olaraq təhlil edəcək. O, Azərbaycan və
Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması
haqqında sazişin imzalanması və qüvvəyə minməsinin iki Cənubi
Qafqaz respublikasında sülhün bərqərar olmasında mühüm əhəmiyyət
kəsb edəcəyini vurğulayıb.

Spread the love