
Bakı. Trend:
Biz 8 avqust tarixində Vaşinqton şəhərində imzalanmış Birgə
Bəyannaməni məmnunluqla qarşılayır, bu mühüm addım münasibətilə
Ermənistan və Azərbaycanı təbrik edir və onun gerçəkləşməsində
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın mühüm
rolunu yüksək qiymətləndiririk.
Trend xəbər verir ki, bu
fikirlər ATƏT-in rəsmi saytında yerəşdirilmiş bəyanatında yer
alır.
Bəyanatda bildirilir ki, ATƏT hər iki ölkədə dayanıqlı sülhün və
sabitliyin təmin olunmasına yönəlmiş bütün səylərə sadiqliyini
təsdiq edir: “ATƏT 8 avqust tarixli Birgə Bəyannamənin icrasına
dair öz mandatı çərçivəsində üzərinə düşən vəzifələri yerinə
yetirməyə hazırdır”.