Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri arasında telefon danışığı olub

Siyasət

Bakı. Trend:

Avqustun 9-da Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri
Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Özbəkistanın xarici işlər
naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-a səfəri zamanı
Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, eləcə də
Azərbaycan-Ermənistan normallaşma prosesində tarixi nailiyyətlər
münasibətilə səmimi təbriklərini çatdırıb.

İmzalanmış sənədlərin bölgədə sülh və sabitliyin təmin olunması
üçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Sülh sazişinin
paraflanmasının, habelə ATƏT-in Minsk Prosesi və aidiyyəti
strukturların ləğvinə birgə çağırışın sülhə əhəmiyyətli töhfə
olduğu diqqətə çatdırılıb.

Telefon danışığı zamanı Azərbaycan-Özbəkistan strateji
müttəfiqlik əlaqələrindən irəli gələn məsələlər, o cümlədən
çoxtərəfli əməkdaşlıq istiqamətində əldə olunmuş razılıqların
icrası planları müzakirə olunub.