Azərbaycan Könüllüləri arasında “Dəmir Yumruq” intellektual liqası keçirilib – FOTO

Siyasət

Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günü münasibətilə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan Könüllüləri arasında “Dəmir Yumruq” intellektual liqası keçirilib.

Hər bir azərbaycanlı üçün əlamətdar olan bu gündə bir araya gələn 70 könüllü Azərbaycan gənci hərb meydanında olduğu kimi, zehin yarışmasında da nəyə qadir olduqlarını nümayiş etdiriblər.

Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan təşkilatlar arasında keçirilən oyun iki mərhələdən ibarət olub. “Nə? Harada? Nə zaman?” formatında keçirilən yarışda 36 sual səsləndirilərək gənclərin bilik və dünyagörüş səviyyələri sınağa çəkilib. Sonda seçim turlarının nəticələrinə əsasən ən yüksək xal toplayan komandalar arasında yarımfinallar və final mərhələsi baş tutub. Suallardan daha çoxuna düzgün cavab verən ilk üç komanda olan AFFA və Avro 2020 Könüllülər Proqramı, Gənc Könüllülər İctimai Birliyi və Turizm Könüllüləri İctimai Birliyi qalib olub.

Qalib gələn komandalar diplom, medal və hədiyyələrlə təltif olunub.

Azərbaycan Könüllüləri Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edir, qarşıda bizi gözləyən yeni zəfərlərə doğru birlikdə addımlamaqdan qürur duyduqlarını bildirirlər.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir