
Bakı. Trend:
Azərbaycan və Ermənistan liderləri tərəfindən razılaşdırılmış
tarixi bəyannaməni məmnuniyyətlə alqışlayırıq.
Trend xəbər verir
ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin “X“ sosial
şəbəkəsindəki paylaşımında bildirilir.
Paylaşımda həmçinin qeyd edilir ki, ABŞ-nin dəyərli dəstəyi ilə
əldə olunmuş bu razılaşma bölgədə suverenliyə və ərazi bütövlüyünə
qarşılıqlı hörmət əsasında sabitlik və davamlı sülhün yolunu
açır.