
Bakı. Trend:
Sloveniya Azərbaycan və Ermənistan liderlərini sülh müqaviləsinə
görə, həmçinin onilliklərdən bəri davam edən münaqişəyə son
qoyulmasına yol açan ABŞ Administrasiyasını roluna görə
alqışlayır.
Trend xəbər verir
ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyinin “X“ sosial
şəbəkəsindəki paylaşımında bildirilir.
Paylaşımda həmçinin qeyd edilir ki, bu, şübhəsiz ki, region üçün
yeni imkanlar və rifah gətirəcək.

