“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası 2021-ci ildə də müstəqil, milli maraqlara söykənən xarici siyasətini davam etdirib”.
Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, 2021-ci ildə Azərbaycanın xarici siyasətinin prioritetləri sırasında çoxtərəfli və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi dayanıb.
XİN başçısı söyləyib ki, Azərbaycan koronavirus pandemiyasına qarşı qlobal mübarizədə də öndə gedir.
Nazirin sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması da qarşıda duran vəzifələrdəndir.
“Yeni yaranmış reallıqlar əsasında Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa söykənməsini beynəlxalq təşkilatlara, digər dövlətlərə çatdırırıq. Bizim siyasətimiz regional sülh və təhlükəsizliyə töhfə verir”, – deyə nazir əlavə edib.
Aqşin Kərimov