Azərbaycan Ermənistanı yenə məhkəməyə verir – RƏSMİ

Siyasət

“Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatının qəbulu, həmçinin Brüsseldə keçirilən üçtərəfli görüş 2021-ci ildə Azərbaycan üçün mühüm hadisədir”.

Oxu.Az xəbər verir ki, bunu 2021-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası da Bakının siyasətinin prioritetlərinə daxildir.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan-Ermənistan dövlətlərarası məhkəmə predmeti olan məsələlər də 2021-ci ildə aktuallıq qazanıb.

“Beynəlxalq hüquq normalarına əsasən, Azərbaycanın Ermənistana qarşı iddialarını bir məhkəmə baxışı, bir beynəlxalq konvensiya əsasında qaldırmaq mümkün deyil. Yaxın zamanlarda bir neçə konvensiya üzrə – ekologiya, ətraf mühitə zərərlə bağlı olaraq beynəlxalq arbitrajlara müraciət edəcək. Bununla da Ermənistan bu sahədə də məsuliyyətə cəlb ediləcək. Bu, 2022-ci ildə qarşıda duran vəzifələr sırasındadır”, – deyə nazir əlavə edib.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir